Daha bir əcnəbi təyyarə Rusiya sərhədlərindən uzaqlaşdırılıb

Daha bir əcnəbi təyyarə Rusiya sərhədlərindən uzaqlaşdırılıb
  11 May 2021    Oxunub:2309
Rusiyanın MİQ-31 qırıcısı ölkə sərhədinə doğru irəliləyən naməlum təyyarənin qarşısını alıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Qeyd edilir ki, havaya qalxan rusiyalı pilotlar Barents dənizi üzərində Norveç Hava Qüvvələrinə məxsus olan patrul təyyarəsinin sərhədi keçməsinə imkan verməyiblər.

Xatırladaq ki, bu bir gündə Rusiya sərhədi yaxınlığında görünən dördüncü xarici hərbi təyyarədir. Bundan əvvəl Su-30 qırıcıları Qara dəniz üzərində iki "Dassault Mirage 2000" qırıcısını və Fransa Hava Qüvvələrinə məxsus bir yanacaq dolduran xüsusi təyyarəni saxlamışdı. Həmin hal zamanı da sərhəd pozuntusuna icazə verilməmişdi.

Tural Tağıyev
Azvision.az


Teqlər: Qırıcı   Sərhəd   Rusiya  





Xəbər lenti