Ermənistanda seçki kampaniyasının vaxtı məlum oldu

Ermənistanda seçki kampaniyasının vaxtı məlum oldu
  11 May 2021    Oxunub:2231
Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki kampaniyalarının başlanma vaxtı məlum olub. Partiyalar kampaniyalara 7 iyunda başlaya biləcəklər.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Qeyd edilir ki, qərar bu gün ölkənin Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilib.

"Partiyalarla bloklar seçki kampaniyasına 7 iyunda başlayacaq və 18 iyunda sona çatdıracaqlar", - deyə Mərkəzi Seçki Komissiyasının rəhbəri Tiqran Mukuçyan bildirb.

Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarkisyan 20 iyun üçün növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında fərman imzalayıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Seçki   Ermənistan   Parlament  





Xəbər lenti