"İslami Cihad"ın 3 lideri öldürüldü

"İslami Cihad"ın 3 lideri öldürüldü
  11 May 2021    Oxunub:2139
"İslami Cihad" hərəkatı İsrail ordusunun Qəzzaya endirdiyi cavab zərbələri nəticəsində komandirlərinin öldürüldüyünü elan edib.
Azvision.az xəbər verir ki, "Əl-Qüds Qruplaşması" (“İslami Cihad”ın hərbi qanadı-red.) raket zərbəsi nəticəsində üç liderinin ölməsini təsdiqləyib.

Bundan əvvəl bəzi mənbələr İsrailin Qəzzada olan yaşayış binalarındakı bir mənzilə endirdiyi zərbə nəticəsində 3 nəfərin öldüyü və 9 nəfərin yaralandığını bildirmişdi. Öz növbəsində Baş nazir Binyamin Netanyahunun rəsmi nümayəndəsi Ofir Gendelman "Twitter"də "İsrail Müdafiə Qüvvələri "İslami Cihad" terror təşkilatının xüsusi raket bölməsinin komandirini digər böyük terrorçularla birlikdə məhv etdi" yazmışdı.

Gendelman "bu günə qədər terrorçular 470-dən çox raket atıblar" deyə bildirib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Raket   Qəzza   İsrail  





Xəbər lenti