Bir neçə əcnəbi deputat Rusiyada peyvənd olunub

Bir neçə əcnəbi deputat Rusiyada peyvənd olunub
  11 May 2021    Oxunub:2480
Bir neçə əcnəbi deputat Rusiya istehsalı olan "Sputnik V" vaksini vurdurmaq üçün Moskvada olub.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, xarici parlamentarilər məhz Rusiya istehsalı olan peyvənddən istifadə etmək məqsədilə səfər ediblər.

Bundan əvvəl Almaniya Bundestaqının deputatı, "Sol Partiyadan (Die Linke) olan Diter Dem Moskvaya gələrək "Sputnik V" peyvəndi ilə vaksinasiyadan keçmişdi.

Volodin əlavə edib ki, Bundestaqın bəzi üzvləri arasında da rus peyvəndini vurduranlar var.

"ABŞ öz peyvəndini tətbiq etməyə çalışır və digər peyvəndlərin bazara girməməsi üçün hər şeyi edir. Yalnız bizim deyil, məsələn, çinlilərin peyvəndi də. Ölkəmizin elmi inkişaflarını görsələr blok qoymağa başlayacaqlar", - deyə Dövlət Dumasının sədri vurğulayıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Peyvənd   Rusiya   Deputat  





Xəbər lenti