Çində helikopter qəzasında 4 nəfər ölüb

Çində helikopter qəzasında 4 nəfər ölüb
  11 May 2021    Oxunub:1995
Çinin Yünnan vilayətində meşə yanğınlarının söndürülməsinə cəlb olunmuş helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
Azvision.az xəbər verir ki, hadisə Dali şəhəri ərazisindəki Arhay gölündə baş verib. Helikopter yanğınsöndürmə əməliyyatı üçün göldən su götürəndə hələlik bilinməyən səbəbdən qəza olub.

Heyət üzvlərinin axtarış işlərinə 500-ə yaxın xilasedici cəlb olunub. Qəza nəticəsində helikopterin 4 heyət üzvündən ikisi yaralı vəziyyətdə tapılsa da, tibb işçilərinin səyinə baxmayaraq onları xilas etmək mümkün olmayıb.

Azvision.az



Teqlər: Çin  





Xəbər lenti