Erməni rejissor Paşinyanı siçovula bənzətdi

   Erməni rejissor Paşinyanı siçovula bənzətdi
  12 May 2021    Oxunub:1669
“Əgər Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanı hər hansı cizgi filmi personajı ilə müqayisə etmək mümkün olsaydı, mən onu gözləri həmişə oynayan siçovulla müqayisə edərdim, hansı ki, daim nəsə oğurlamaq istəyir”.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri rejissor-multiplikator David Saakyans bildirib.

Onun fikrincə, Paşinyan nə qədər hakimiyyətdə qalsa, buna bir o qədər əmin olmaq lazımdır.

"Bu müqayisə ağlıma gələn ilk şeydir", - erməni rejissor deyib.

Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti