İsrailin Lod şəhərində fövqəladə vəziyyət elan olundu

 İsrailin Lod şəhərində fövqəladə vəziyyət elan olundu
  12 May 2021    Oxunub:2175
İsrailin Lod şəhərində fövqəladə vəziyyət elan edilib.
Azvision.az xəbər verir ki, bu barədə məlumat İsrailin Baş naziri Binyamin Netanyahunun Twitter səhifəsində yerləşdirilib. Bildirilib ki, Netanyahu Loddakı hadisələri müdafiə naziri, daxili təhlükəsizlik naziri, İsrail polisinin baş müfəttişi, milli təhlükəsizlik şurasının rəhbəri, baş prokuror və digər yüksək vəzifəli şəxslərlə müzakirə edib və fövqəladə vəziyyət elan etməyə razı olub.

İsrail sərhəd polisi batalyonlarının dərhal Loda köçürülməsinə qərar verilib.

Qeyd edək ki, bundan əvvəl Lod bələdiyyə başçısının Baş nazir Netanyahudan ordu birliklərini bu şəhərə göndərməsini tələb etdiyi yazılmışdı. Al-Mayadeen telekanalının verdiyi məlumata görə, ərəb yeniyetmələrindən ibarət kütlə İsrail sakinlərinin maşınlarını yandırmağa başlayıb. Onlar hətta Lodda sinaqoqlardan birini yandırmağa cəhd ediblər.

Azvision.az


Teqlər: İsrail  





Xəbər lenti