BNA "Nəqliyyat Könüllüləri" proqramını həyata keçirir

  12 May 2021    Oxunub :1146
BNA "Nəqliyyat Könüllüləri" proqramını həyata keçirir
Ölkə başçısının dövlət qurumlarına çağırışına əsasən Bakı Nəqliyyat Agentliyi "Nəqliyyat Könüllüləri" proqramını həyata keçirir.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, proqramın əsas məqsədi Agentliyin Bakının mobilliyi, əlçatanlığı və təhlükəsizliyi istiqamətində həyata keçirdiyi fəaliyyətlərə könüllülər vasitəsilə dəstək olmaq, sərnişinləri və sakinləri maarifləndirməkdir.

Bu çərçivədə Bakı Nəqliyyat Agentliyinin sayca 3-cü "Nəqliyyat Könüllüləri" proqramında iştirak üçün müraciət edən namizədlərin seçiminə başlanılıb.



Proqrama müraciət edən 400 nəfər namizəd arasından 158-i seçimdə iştirak edib. Müsahibə mərhələsində namizədlərin şəxsi keyfiyyətləri, müxtəlif sahələr üzrə bilik və bacarıqları, nəqliyyat sahəsinə olan maraqları qiymətləndirilib. Əsasən könüllü olmaq istəyən şəxslərin motivasiyasına, bilik və bacarığına xüsusi diqqət yetirilib, eləcə də dil bilikləri yoxlanılıb. Müsahibənin nəticələri barədə namizədlərə məlumat bildiriləcək.

Xatırladaq ki, 2020-ci ildə keçirilən könüllülük proqramı çərçivəsində 60 nəfər iştirak edib. 36 nəfər məzun adını qazanıb, 3 nəfər isə Bakı Nəqliyyat Agentliyində işlə təmin olunub.

Azvision.az

Teqlər: BNA