Əhmədinejat prezidentliyə namizədliyini irəli sürdü

 Əhmədinejat prezidentliyə namizədliyini irəli sürdü
  12 May 2021    Oxunub:3419
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad iyun ayında keçiriləcək prezident seçkilərində iştirak edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb. Əhmədinejad namizədliyini qeydiyyatdan keçirmək üçün gəldiyi zaman yüzdən çox tərəfdarının onu gözlədiyi bildirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə kiçik toqquşmalar qeydə alınıb.

İran KİV-ləri İran məhkəmə sisteminin hazırkı başçısı, 2017-ci il seçkilərində prezident Həsən Ruhaninin əsas rəqibi olan İbrahim Raisinin prezident seçkilərinə qatılmaq niyyətində olduğunu da yazır.

Azvision.az



Teqlər: İran   seçki  





Xəbər lenti