Ermənistanda keçmiş hərbi qulluqçu həbs edilib

   Ermənistanda keçmiş hərbi qulluqçu həbs edilib
  12 May 2021    Oxunub:1696
Ermənistan Milli Təhlükəsizlik Xidməti keçmiş hərbi qulluqçunu dövlətə xəyanət ittihamı ilə həbs edib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Silahlı Qüvvələrin strukturunda bir sıra yüksək vəzifələrdə çalışan və gizli sənədlərə və məlumatlara sahib olan keçmiş hərbçi bu məlumatları satmaqda ittiham olunur. Onun bütün sənədləri evində saxladığı qeyd olunur.

Üstəlik, qanunsuz olaraq mindən çox canlı sursat və F-1 əl bombasını ələ keçirməkdə günahlandırılır.

Keçmiş hərbçiyə qarşı ittihamlar irəli sürülüb və həbs olunub.

Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti