Rusiyada daha 355 nəfər koronavirusdan öldü

   Rusiyada daha 355 nəfər koronavirusdan öldü
  12 May 2021    Oxunub:1290
Rusiyada son sutka ərzində koronavirusa 8589 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 905 059 nəfərə çatıb.

Rusiyada son bir gündə 355 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 114 331 nəfərdir. İndiyədək 4 518 529 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Azvision.az




Teqlər: Rusiya  





Xəbər lenti