Almaniyada sinaqoqa hücum edildi

Almaniyada sinaqoqa hücum edildi
  12 May 2021    Oxunub:3028
Almaniyada sinaqoqa hücum edilib.
Azvision.az xəbər verir ki, bu barədə Bonn polisinin sözçüsü məlumat yayıb. Bildirilib ki, bir neçə gənc sinaqoqun girişinə hücum edib və oranı yandırmağa cəhd edib.

Hadisə yerinə gələn polis əməkdaşları giriş qapısındakı şüşələrin qırıldığını və ərəb dilində olması ehtimal edilən vərəqələr aşkar ediblər. Sinaqoqun qarşısında yandırılmış mavi və ağ rənglərdən ibarət bayraq tapılıb.

Bonn polisi iğtişaşlardan sonra yerli sinaqoqun təhlükəsizliyini gücləndirib və bir neçə nəfər həbs edilib. Öz növbəsində Berlində İsrail əleyhinə etirazlar fonunda sinaqoqların qorunması gücləndirilib.

Azvision.az






Teqlər: Almaniya   Sinaqoq  





Xəbər lenti