Braziliyada daha 2311 nəfər virusun qurbanı oldu

Braziliyada daha 2311 nəfər virusun qurbanı oldu
  12 May 2021    Oxunub:1242
Braziliyada son sutka ərzində 2311 nəfər koronavirus infeksiyasının qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə Braziliya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə indiyədək 425 540 nəfər COVID-19 virusundan ölüb. İnfeksiyaya yoluxanların sayı 72 715 nəfər artaraq 15 282 705 -ə çatıb.

Qeyd edək ki, Braziliya koronavirusa yoluxma sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdədir.


Teqlər: Braziliya  





Xəbər lenti