İsraildə polislərə hücum olub: 12 nəfər yaralanıb

İsraildə polislərə hücum olub:  12 nəfər yaralanıb
  12 May 2021    Oxunub:2927
Ötən gecə İsrailin 40 şəhərində və qəsəbəsində iğtişaşlar baş verib. Bir qrup şəxs 12 polisi yaralayıb.
Azvision.az xəbər verir ki, bu barədə İsrail polisinin sözçüsü Miki Rosenfeld jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, iğtişaş törədənlər maşınları yandırıb, hökumət binalarını dağıdıb və polislərə hücum ediblər.

Hazırda sərhəd polisi ölkə daxilində 40 fərqli bölgədə fəaliyyət göstərir. Hadisələrə görə 270 şübhəli həbs olunub.

Azvision.az


Teqlər:





Xəbər lenti