İsrailin müdafiə naziri: “Yüzlərlə hədəfi vurduq”

 İsrailin müdafiə naziri:  “Yüzlərlə hədəfi vurduq”
  12 May 2021    Oxunub:2935
"İsrail ordusu Qəzza zolağındakı Fələstin qruplarının hədəflərini tam səssizlik olana qədər vurmağa davam edəcək".
Azvision.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Beni Qantz davamlı raket hücumlarına məruz qalan Aşkelon şəhərini ziyarət edərkən deyib.

"İsrail Müdafiə Qüvvələri zərbələrə davam edəcək və bu, uzun müddətdə tamamilə səssizliyə səbəb olacaq. Bu məqsədə çatdıqda deeskalasiyadan danışa bilərik. Hal-hazırda bitmə tarixi yoxdur",-deyə Qantz bildirib.

Onun sözlərinə görə, İsrail ordusu son bir neçə saat ərzində qarşı tərəfə ciddi zərbələr endirib.

"Biz komandanlıq birliklərinə və "Həmas"ın mərkəzi infrastrukturuna hücum etdik və İsrailin bütün sakinlərini qorumaqla davam edəcəyik. Yüzlərlə hədəfi vurduq. Binalar uçur, fabriklər dağılır, terror tunelləri məhv edilir və komandirlər zərərsizləşdirilir. Bütün vasitələr və bütün variantlar masadadır".

Qeyd edək ki, Fələstin qrupları həmsərhəd olan şəhər və bölgələri davamlı olaraq atəşə tutmağa davam edirlər. Gecə ərzində ölkənin mərkəzinə kütləvi raket zərbəsi endirilib və Təl-Əvivdə və şəhərətrafı ərazilərdə hava hücumu siqnalları dəfələrlə səslənib.

Azvision.az


Teqlər: İsrail   Fələstin  





Xəbər lenti