Gürcüstanda yanacaq bahalaşdı

Gürcüstanda yanacaq bahalaşdı
  12 May 2021    Oxunub:2380
Gürcüstanda avtomobil yanacağı, benzinin qiyməti kəskin bahalaşıb.
Azvision.az xəbər verir ki, Gürcüstanın yanacaqdoldurma məntəqələrində indi “Super” markalı benzinin bir litri 3.05 lariyə (1,50 manat) satılır.

Qeyd edək ki, bu ölkənin yanacaq bazarında son 10 ilin ən yüksək göstəricisidir.

Ekspertlər yanacağın kəskin bahalaşmasını milli valyuta GEL-in ucuzlaşması ilə əlaqələndirirlər.
İqtisadçı ekspertlər aşağı keyfiyyətli yanacaq növlərinin də qiymətlərinin artacağını bildirilər. Hazırda Gürcüstanda benzinin ən aşağı qiyməti bir litr üçün 2,83 lari (1,40 manat) təşkil edir.

Azvision.az


Teqlər: Gürcüstan   Yanacaq  





Xəbər lenti