Təcili yardıma 900 min dəfə zəng edən şəxs həbs olundu

Təcili yardıma 900 min dəfə zəng edən şəxs həbs olundu
  12 May 2021    Oxunub:2452
İspaniya polisi təcili yardım xidmətinə 9 min dəfə zəng edən və operatorları təhqir edən şəxsi saxlayıb .
Azvision.az xəbər verir ki, bu barədə Comercio qəzeti məlumat yayıb. Bildirilib ki, 49 yaşlı kişi xidmətin şikayətindən sora mayın 7-də Oviedo şəhərində həbs olunub.

Polisin bildirdiyinə görə, 2019-cu ildən bəri həmin şəxs 091 nömrəli telefona 3787, 112 xilasetmə xidmətinə 4957 zəng vurub. Zənglərin heç biri təcili yardım çağırılması zərurəti ilə əlaqələndirilməyib. Çağırışçının yeganə məqsədi operatorları incitmək və xidmətlərin işinə müdaxilə etmək olub.

Qəzet qeyd edir ki, bu maddəyə görə təqsirləndirilən şəxs üç aydan bir ilə qədər həbs cəzası ilə üzləşə bilər.

Azvision.az



Teqlər:





Xəbər lenti