Bolqarıstanda metroda atışma - 1 ölü, 1 yaralı

Bolqarıstanda metroda atışma -   1 ölü, 1 yaralı
  12 May 2021    Oxunub:3374
Bolqarıstanın paytaxtı Sofiyada metroda atışma baş verib.
Azvision.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb. Hadisə "Sofiya Hava limanı" stansiyasında baş verib. Qatarlardan birində bir kişi qadına atəş açıb, daha sonra isə özünü vurub.

Qadının vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisə yerinə təcili yardım maşınları gəlib. Stansiya polis tərəfindən mühasirəyə alınıb. NOVA portalı prokurorluğa istinadən bunun terrorla əlaqəli olmayan bir məişət hadisəsi olduğunu bildirir.

Azvision.az


Teqlər: Metro  





Xəbər lenti