Filippində 5,8 bal gücündə zəlzələ olub

Filippində 5,8 bal gücündə zəlzələ olub
  12 May 2021    Oxunub:2031
Mayın 12-də Filippinin Qərbi Mindoro əyalətində 5,8 bal gücümdə zəlzələ baş verib.
Azvision.az xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.

Yeraltı təkanların episentrinin Abra-de-İloq şəhərində 11 kilometr şimal-qərbdə, ocağının 106 kilometr dərinlikdə yerləşdiyi bildirilib. Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.

Sunami xəbərdarlığı elan edilməyib.

Azvision.az


Teqlər: Zəlzələ  





Xəbər lenti