Heyət "Mavi Mərmərə" gəmisində İsrail əsgərləri tərəfindən qətlə yetirilən türk vətəndaşlarının ailələrinə təzminat ödəyəcək
İsrail rəsmilərindən ibarət nümayəndə heyəti Türkiyənin 9 vətəndaşının ölümünə görə, Ankaraya təzminat ödəmək üçün gələn həftə Türkiyəyə səfər edəcək. Səfərin dəqiq tarixi açıqlanmır. İsrailin ödəyəcəyi təzminat hücum nəticəsində ölən şəxslərin yaxınlarına təqdim olunacaq.