Türkiyədə daha 232 nəfər koronavirusdan öldü

Türkiyədə daha 232 nəfər koronavirusdan öldü
  13 May 2021    Oxunub:2031
Türkiyədə son sutka ərzində 232 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 13 min 29 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 72 min 462, pandemiya qurbanlarının sayı isə 43 min 821 nəfərə çatıb.

Türkiyədə indiyədək 4 milyon 801 min 291 pasiyent (son sutkada 35 min 167 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti