KİV: "Rüstəm Muradov dəyişdirilir"
"Hraparak" daha əvvəl yazıb ki, Ermənistan baş nazirinin müavini Tiqran Avinyan Rusiya rəhbərliyinə Muradov haqqında mənfi qiymətləndirmələri ehtiva edən məktub yazıb və orada komandirlik müddətinin uzadılmaması da əksini tapıb. Avinyanın sözçüsü sonradan bu məlumatı təkzib edib.
Qanuna görə, kontingent komandirləri hər 6 aydan bir rotasiya əsasında dəyişdirilir, lakin heç bir tərəfin etirazı yoxdursa, səlahiyyət müddəti uzadıla bilər.
Aprel ayında Muradov təyyarənin Bakıdan niyə "hərbi əsir" olmadan qayıtması ilə bağlı sualına cavab olaraq, Ermənistan rəhbərliyinin öz xalqını aldatdığını söyləyib. Yəni təyyarənin "əsir" gətirmək üçün Bakıya getmədiyini vurğulayıb. Qəzet yazır ki, bundan sonra Ermənistan rəhbərliyi onu əvəz etmək üçün səylər göstərib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Qarabağ