Putin müsəlmanları təbrik etdi

  13 May 2021    Oxunub :1739
Putin müsəlmanları təbrik etdi
Rusiya prezidenti Vladimir Putin Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edib.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Müqəddəs Ramazan ayı bitdi və Rusiya müsəlmanları bu parlaq bayramı sevinclə qarşılayırlar. Qədim zamanlardan Ramazan bayramı xeyirxah əməllərlə və ehtiyacı olanlara qayğı göstərməklə qeyd olunur, insanların arzularını təcəssüm etdirir”, - Putin vurğulayıb.

O, əlavə edib ki, Rusiya Federasiyasında yaşayan müsəlmanlar atalarının tarixi, dini və mədəni ənənələrinə hörmət edir, onları nəsildən-nəslə ötürürlər.

"Müsəlman təşkilatları ölkənin həyatında fəal iştirak edir, dövlət və ictimai strukturlarla qarşılıqlı əlaqələri gücləndirir, xeyriyyəçi, təhsil təşəbbüslərinə yorulmadan diqqət yetirirlər. Əlbətdə ki, onların fədakar fəaliyyətlərini xüsusi qeyd edəcəyəm. Bu fəaliyyət belə çətin dövrdə insanların həyatda qalmalarına və çətinliklərin öhdəsindən gəlməsinə kömək edir”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ramazanbayramı