İsrail “HƏMAS”ın yüzlərlə hədəfini vurub

 İsrail “HƏMAS”ın yüzlərlə hədəfini vurub
  13 May 2021    Oxunub:3386
İsrail ordusu artıq yüzlərlə “HƏMAS” hədəfinə hücum edib, tezliklə onların sayı mindən çox olacaq.
Azvision.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

"Dəmir Günbəz batareyalarının istifadəsi bizə hücum etmək imkanı verir və artıq “ÇAXAL” yüzlərlə hədəfə hücum edib, tezliklə onların sayı mindən çox olacaq. Vətəndaşlarımızı müdafiə məqsədilə “HƏMAS”a hücumları davam etdiririk”, - Baş nazir deyib.

İsrail ilə Fələstin arasında Qəzza zolağında vəziyyət bazar ertəsi axşam kəskinləşib. İsrail tərəfi altı mülki və bir əsgərin öldürüldüyünü açıqlayıb. Fələstin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, İsrailin Qəzzadakı hücumları nəticəsində 67 nəfər ölüb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: BenyaminNetanyahu  





Xəbər lenti