İranda ötən sutka 297 nəfər koronavirusdan ölüb

İranda ötən sutka 297 nəfər koronavirusdan ölüb
  13 May 2021    Oxunub:1991
İranda son sutka ərzində 297 nəfər koronavirusdan ölüb.
Azvision.az xəbər verir ki, bunu ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, İranda indiyədək 76 231 nəfər pandemiyanın qurbanı olub.

Bundan əlavə, son sutkada 14 246 nəfərdə koronavirusa yoluxma halı aşkarlanıb. Beləliklə, yoluxma faktlarının ümumi sayı 2 722 007-yə yüksəlib.

Hazırda virus daşıyıcılarından 5 481 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti