Gürcüstan quru sərhədlərini açmağı planlaşdırır

  13 May 2021    Oxunub :2176
   Gürcüstan quru sərhədlərini açmağı planlaşdırır
"Gürcüstan hökuməti quru sərhədlərini açmağı planlaşdırır. Lakin bu koronavirusun üçüncü dalğasından sonra mümkün olacaq"
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava bildirib.

Onun sözlərinə görə, ölkənin quru sərhədləri koronavirusun 3-cü dalğasının sonlarına yaxın açıla bilər. Bu məsələ bir neçə həftə ərzində müzakirə olunacaq.

“Quru sərhədlərin etibarlı şəkildə açılması turizm üçün əsas stimullardan biridir. Quru sərhədlərin açılması planlaşdırılır, lakin bu koronavirusun üçüncü dalğasının tamamlanması ilə üst-üstə düşməlidir. Təqin ki, növbəti bir neçə həftənin mövzusu olacaq", - deyən Natia Turnava, eyni zamanda iki həftə sonra məhdudiyyətlərin yüngülləşdirilə biləcəyini də istisna etməyib.

Azvision.az

Teqlər: Gürcüstan   Sərhəd