Gürcüstanda bəzi məhdudiyyətlər ləğv olundu

  14 May 2021    Oxunub :1738
Gürcüstanda bəzi məhdudiyyətlər ləğv olundu
Gürcüstanda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunan bəzi məhdudiyyətlər ləğv edilib.
Bu gündən ölkədə məktəblər və uşaq bağçaları fəaliyyətini bərpa edib. Bundan başqa, ictimai nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.

Bu gün, həmçinin ölkənin bir sıra dövlət əhəmiyyətli idarələrində tətil başa çatıb. Lakin keçən il noyabrın 28-dən tətbiq olunan komendant saatı hələ də qüvvədə qalır.

Azvision.az

Teqlər: Gürcüstan   Koronavirus