ABŞ Bakı və İrəvana çağırış etdi

  14 May 2021    Oxunub :1748
   ABŞ Bakı və İrəvana çağırış etdi
ABŞ rəsmi Bakı və İrəvanı sərhəddəki gərginliyi azaltmağa çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Tvitter hesabında yazıb.

"Ermənistan-Azərbaycan sərhədinin demarkasiya aparılmamış hissəsində gərginliyin artması barədə xəbərləri diqqətlə izləyirik. Tərəfləri təmkinli olmağa çağırırıq”,- ABŞ rəsmisi vurğulayıb.

Azvision.az

Teqlər: ABŞ   Ermənistan   Azərbaycan