ABŞ-da silahlı insident: 9 nəfər yaralandı

  14 May 2021    Oxunub :1210
ABŞ-da silahlı insident:  9 nəfər yaralandı
ABŞ-ın Rod-Aylend ştatında silahlı insident baş verib.
Azvision.az xəbər verir ki, atışma nəticəsində 9 nəfər yaralanıb.

Məlumata görə, üç nəfərin vəziyyəti kritikdir. Polisdən "WPRI" telekanalına bildirilib ki, silahlı insident yerli vaxtla 19.00-da Providens şəhərində baş verib. Yaralananların hamısı 19-25 yaş arası gənclərdir. Hazırda araşdırma aparılır.

Tural Tağıyev
Azvision.az

Teqlər: ABŞ   İnsident