"Əl-Kassam" qruplaşması İsrailin kimyəvi zavodunu vurub

  14 May 2021    Oxunub :1450
"Əl-Kassam" qruplaşması İsrailin kimyəvi zavodunu vurub
"Həmas"ın hərbi qanadı olan "Əl Kassam" qruplaşması Qəzza zolağı ilə sərhədə yaxın bir əraziyə hücum etdiyini bəyan edib.
Azvision.az xəbər verir ki, pilotsuz aparatla edilən hücumun hədəfi İsrailin kimyəvi zavodu olub.

Qeyd edək ki, bundan öncə İsrail Ordusunun sözçüsü Yonathan Konrikus Qəzzada yerüstü əməliyyatlara başlayacaqları təqdirdə bunu əvvəlcədən bəyan etməyəcəklərini demişdi.

Xatırladaq ki, bazar ertəsi axşam saatlarından etibarən İsrail ilə Fələstin sərhədində vəziyyət kəskin şəkildə dəyişib. Raket hücumları nəticəsində yeddi israilli ölüb, 200-dən çox insan yaralanıb. Təl-Əvivin Qəzzaya endirdiyi zərbələrdən isə, xeyli sayda silahlının öldürüldüyü bildirilir. Onların arasında terrorçu qrupların komandirləri də olub. Fələstin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, son toqquşmalar zamanı 115 nəfər ölüb, 600-dən çox insan yaralanıb.

Tural Tağıyev
Azvision.az

Teqlər: İsrail   Hücum   Həmas   Qəzza