İsrail polisi 750 nəfəri saxlayıb

İsrail polisi 750 nəfəri saxlayıb
  14 May 2021    Oxunub:2400
Son günlər İsraildə 750 nəfər saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə İsrail Polisinin mətbuat xidməti məlumat yayıb.

"İğtişaşlar və qarışıqlıq başlayandan bəri polis 750 şübhəlini saxlayıb", - deyə məlumatda bildirilir. Dünən gecə isə 5 polis əməkdaşı yüngül xəsarət alıb.

Qeyd edək ki, çərşənbə axşamı İsrailin bir neçə şəhərində polislə toqquşmalara çevrilən etirazlar başlayıb. Akkoda yerli ərəblər polis bölməsinə hücum edərək daş atıblar. Həmçinin onlar şəhərdə bir nəfərə daş və dəmir əşyalarla hücum ediblər ki, nəticədə həmin şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Mətbuatda yer alan məlumatlara görə, Bat-Yam şəhərində isə, onlarla yəhudi ərəblərə məxsus dükan və kafelərə hücum edib. Beləcə çərşənbə axşamı İsrailin 40 yaşayış məntəqəsində qarışıqlıq yaranıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: İsrail   İğtişaş  





Xəbər lenti