Deputatla eks-deputat canlı yayımda dalaşdılar- VİDEO

  14 May 2021    Oxunub :2631
   Deputatla eks-deputat canlı yayımda dalaşdılar-   VİDEO
Ukrayna Ali Radasının keçmiş deputatı Oleq Barna hazırki deputat Dmitri Solomçukla dava edib.
Azvision.az xəbər verir ki, insident "PravdaTut" telekanalında yayımlanan "Qaydalarsız Siyasət" proqramında yaşanıb. Efirdə canlı yayımlanan verilişin gedişində əvvəlcə hazırkı və keçmiş millət vəkilləri torpağın özəlləşdirilməsinin məqsədəuyğunluğu və torpaq bazarının formalaşdırılması zərurəti haqqında mübahisə ediblər. Daha sonra gərginlik yaranıb və müzakirə mübahisələrə, sonda isə davaya çevrilib.



Tural Tağıyev
Azvision.az

Teqlər: Deputat   Dava