Meksikada yeni növ dinozavrın qalıqları aşkarlandı

Meksikada yeni növ dinozavrın qalıqları aşkarlandı
  14 May 2021    Oxunub:2708
Meksikalı tədqiqatçılar 72-73 milyon il əvvəl planetimizdə yaşamış otyeyən dinozavrın yeni növünü kəşf ediblər.
Azvision.az xəbər verir ki, dinozavrın qalıqları Meksikanın şimal-şərqindəki Koauila əyalətindəki keçmiş su anbarının dibindən tapılıb. Əvvəllər bilinməyən bu dinozavrın qalıqları onun yeni bir növə - "Tlatolophus galorum"a aid olduğunu üzə çıxarıb.

Dinozavrın kəllə sümüyünün təqribən 80 faizi salamat qalıb. Məhz bunun sayəsində 73 milyon il əvvəl yaşamış yeni növləri müəyyənləşdirmək mümkün olub.

Tural Tağıyev
Azvision.az


Teqlər: Dinozavr   Meksika  





Xəbər lenti