Ermənistan rəhbərliyi seçki kampaniyalarında avtoritetlərdən istifadə edəcək

 Ermənistan rəhbərliyi seçki kampaniyalarında avtoritetlərdən istifadə edəcək
  14 May 2021    Oxunub:2091
Ermənistanda "Milli Təhlükəsizlik Xidmətinin Ehtiyatda olan Zabitlər Birliyi" ictimaiyyətə cinayət hadisələrinin artacağı, kriminal durumun pisləşə biləcəyi barədə xəbərdarlıq edib.
Azvision.az xəbər verir ki, keçmiş MTX əməkdaşları hakim dairələrin Ermənistanın cəzaçəkmə müəssisələrində olan kriminal avtoritetlərin aktivləşdirilməsi üçün genişmiqyaslı işlər apardığını bəyan ediblər.

"Məqsəd yaxınlaşan erkən parlament seçkilərində əlavə səs toplamaqdır. Seçki ərəfəsində seçicilərin rəğbətini qazanmaq və səs almaq üçün hakim siyasi qüvvə dövlət rıçaqlarından istifadə etməkdən çəkinmir, mümkün olan və olmayan bütün addımları atır",- deyə bəyanatda bildirilir.

Təşkilatın məlumatına görə, hakim dairələr cəmiyyətdə az-çox hörməti olan kriminal avtoritetlərin təsir dairəsindən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışacaqlar. O da bildirilir ki, artıq bu məqsədlə 4 kriminal avtoritet azadlığa buraxılıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Avtoritet   Seçki  





Xəbər lenti