Rusiya səfiri Levon Ter-Petrosyanın evinə getdi

   Rusiya səfiri Levon Ter-Petrosyanın evinə getdi
  14 May 2021    Oxunub:3135
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Rusiya Federasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkinlə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Səfir eks-prezidentlə onun şəxsi evində görüşüb.

"Görüş zamanı tərəflər Ermənistandakı mövcud vəziyyət və hadisələrin mümkün inkişafı barədə fikir mübadiləsi apardılar", - deyə xəbərdə qeyd olunub.

Tural Tağıyev
Azvision.az


Teqlər: Səfir   Rusiya   Ermənistan   Görüş  





Xəbər lenti