Saxalin adasında tonlarla balıq kürüsü sahilə çıxıb

Saxalin adasında tonlarla balıq kürüsü sahilə çıxıb
  14 May 2021    Oxunub:3613
Rusiyanın Saxalin adasında fırtına nəticəsində tonlarla balıq kürüsü sahilə atılıb.
Azvision.az xəbər verir ki, bundan istifadə edən yerli sakinlər kürünü toplayaraq öz bağlarına gübrə kimi istifadə edirlər.

"Saxalin sakinləri siyənək balıqlarının kürülərini tərəvəzçilikdə, öz bağlarında gübrə kimi istifadə etmək üçün maşınlara yığıb aparırlar. Sahilə çıxan kürü dalğasının uzunluğu təxminən 3 kilometrə qədər uzanır. Bəzi yerlərdə isə kürü qatının qalınlığı 10-15 santimetrə çatır", - deyə ekoloq Dmitri Lisitsin bildirib.







Tural Tağıyev
Azvision.az


Teqlər: Saxalin   Kürü  





Xəbər lenti