Ötən ay bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

Ötən ay bahalaşan və ucuzlaşan məhsullar -    SİYAHI
  14 May 2021    Oxunub:4002
Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsullar məlum olub.
Azvision.az xəbər verir ki, cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, dondurulmuş balığın, sterilizə olunmuş üzlü südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, kivinin, almanın, armudun, kələmin, pomidorun, bibərin, çuğundurun, balqabağın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, limonadın, meyvə şirəsinin və tütün məmulatlarının qiymətlərində qeydə alınıb.

Ucuzlaşma isə əsasən təzə balığın, yumurtanın, bananın, qozun, fındığın, xiyarın, badımcanın, yerkökünün, kartofun və sarımsağın qiymətlərində müşahidə edilib.

Azvision.az


Teqlər: Məhsul   Qiymət   Statistika  





Xəbər lenti