Krım seçim edəcək: ya Rusiya, ya da Ukrayna

Krım seçim edəcək: ya Rusiya, ya da Ukrayna
  06 Mart 2014    Oxunub:1087
Yarımadanın taleyini həll edəcək referendumun tarixi martın 30-dan 16-na kimi geri çəkilib.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Krımda keçiriləcək referendumda seçicilər yarımadanın Ukraynanın tərkibində saxlaması yaxud Rusiya Federasiyasına birləşdirilməsi arasında seçim etməli olacaqlar.

Bu barədə Krım Muxtar Respublikasının baş nazirinin müavini Ruslan Temurqəliyev məlumat verib. Onun sözlərinə görə, seçicilər 2 təklifdən birini seçməlidir.

“Birincisi, siz Krımın Rusiya Federasiyasının subyekti kimi onun tərkibinə qatılmasına razısınızmı? İkincisi- Krımda 1992-ci il konstitusiyasının bərpasını dəstəkləyirsinizmi?”

O əlavə edib ki, referendum planlaşdırıldığı kimi martın 30-da deyil, 16-da keçiriləcək.

Xatırladaq ki, 1783-cü ildə Sovet İmperiyasına birləşdirilən Krım, 1954-cü ildə SSRİ MK birinci katibi Nikita Xruşşov tərəfindən Ukraynanın Rusiyanın tərkibinə daxil olmasının 300 illiyi münasibətilə Ukraynanın inzibati ərazisinə çevrilmişdi. Krım və Ukrayna arasında münasibətlər 1992-ci ildə imzalanmış razılaşma əsasında müəyyən olunur.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti