Bu il 382 azərbaycanlı Türkiyədə mənzil alıb

   Bu il 382 azərbaycanlı Türkiyədə mənzil alıb
  14 May 2021    Oxunub:5970
Cari ilin ilk dörd ayı ərzində xarici vətəndaşların Türkiyədə daşınmaz əmlak alması 19 faiz artıb.
Bu barədə Türkiyənin Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, COVID-19 pandemiyasına baxmayaraq, 2021-ci ilin yanvar-aprel ayları ərzində Türkiyədə xarici vətəndaşlara 13 954 mənzil satılıb. Ən çox satış aprel ayında qeydə alınıb.

Məlumata görə, keçən ay qardaş ölkədə xarici vətəndaşlara mənzil satışı əvvəlki ilin eyni dövrü ilə müqayisədə xeyli artıb. Belə ki, ən çox mənzil İstanbulda alınıb. Satışların yaz ayları ərzində daha da artacağı gözlənilir.

Qeyd edək ki, bu dövrdə azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. Siyahıda ilk sırada 2156 mənzillə İran vətəndaşları yer alıb. Ümumiyyətlə isə 2021-ci ilin ilk dörd ayı ərzində Türkiyədə mənzil sahibi olanlar arasında İraq, Rusiya, Əfqanıstan, Qazaxıstan, Almaniya və digər ölkə vətəndaşları da var.

Azvision.az


Teqlər: Türkiyə   Mənzil  





Xəbər lenti