Çində yeni koronavirus ocağı aşkarlanıb

Çində yeni koronavirus ocağı aşkarlanıb
  15 May 2021    Oxunub:3569
Çinin şimal-şərqində yerləşən İnkou şəhərində yeni koronavirus ocağı aşkarlanıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhərin Səhiyyə və Gigiyena İdarəsi məlumat yayıb.

Bildirilib ki, İnkouda beş yeni yoluxma halı qeydə alınıb. Xəstələrin üçündə yoluxma əlaməti müşahidə olunmayıb.

Məlumata görə, virusa yoluxanlar eyni müəssisənin əməkdaşlarıdır. Onların əlaqədə olduqları 265 nəfər müəyyən edilib, hazırda həmin şəxslərin yoxlanışı aparılır.

23 milyon əhalisi olan İnkou sakinlərinə şəhəri tərk etməmək barədə xəbərdarlıq edilib.

Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti