Paşinyan biznesmenləri hakimiyyətə gətirir

   Paşinyan biznesmenləri hakimiyyətə gətirir
  15 May 2021    Oxunub:2692
"Vaxtilə biznes və oliqarxiyanın hakimiyyətlə birləşməsinə qarşı mübarizə aparan Nikol Paşinyan indi öz siyahısına hökumətə yaxın biznesmenləri əlavə etmək qərarına gəlib".
Azvision.az xəbər verir ki, bu barədə "Qraparak" qəzeti yazıb.

Nəşrin yaydığı məlumata görə, N.Paşinyan özünə yaxın biznesmenləri Ermənistanda hakimiyyətə gətirir:

"Siyahıda 5-ci yerdə 2018-ci ildə hakimiyyət dəyişikliyindən ən çox qazanan biznesmen Xaçatur Suciasyan, 10-cu yerdə isə Qurgen Arsenyan qərarlaşacaq. "Mənim addımım”dan heç kim seçkiqabağı siyahıda hansı yeri tutacağını hələ bilmir. Paşinyan bunu son günə-mayın 25-26-dək gizli saxlamaq qərarına gəlib”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Ermənistanda növbədənkənar seçkilər iyunun 20-də keçiriləcək.

Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti