Çində təbii fəlakət: 10 ölü, 367 yaralı

  15 May 2021    Oxunub :1783
Çində təbii fəlakət:   10 ölü, 367 yaralı
Çinin mərkəzi və şərq bölgələrini əhatə edən qasırğa nəticəsində 10 nəfər həyatını itirib, 367 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, hökumət qasırğanın Çiangsu əyalətinin Şınqzı və Hubey əyalətinin paytaxtı Uhan şəhərində baş verdiyini açıqlayıb. Hadisə nəticəsində Uhanda 6 nəfər ölüb, 218 nəfər yaralanıb. Şınqzı şəhərində isə 4 nəfər həyatını itirib, 149 nəfər xəsarət alıb.

Bundan əlavə, Uhanda 27 ev dağılıb, 130 evə ciddi ziyan dəyib. Təxminən 26 min 600 ailə işıqsız qalıb.

Azvision.az

Teqlər: Çin