Türkiyə MN: “Şəhidlərimizin qanını yerdə qoymadıq”

  15 May 2021    Oxunub :2070
 Türkiyə MN:  “Şəhidlərimizin qanını yerdə qoymadıq”
İraqın şimalında yerləşən Metina bölgəsində "Pəncə-Şimşək" əməliyyatı çərçivəsində daha 3 PKK terrorçusu məhv edilib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Terrorçu yuvalarına hücumları davam etdiririk. Şəhidlərimizin qanını yerdə qoymadıq, qoymayacağıq",- deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, "Pəncə-Şimşək" və "Pəncə-İldırım" əməliyyatları Türkiyə Silahlı Qüvvələri tərəfindən 23 aprel tarixində başladılıb. Əməliyyatların ilk iki həftəsində 70-dən çox terrorçu zərərsizləşdirilib.

Azvision.az

Teqlər: İraq   Terror