“İranda peyvənd çatışmır, mən də vurdurmamışam” - Ruhani

  15 May 2021    Oxunub :1466
“İranda peyvənd çatışmır, mən də vurdurmamışam” -    Ruhani
“Mən və yüksək vəzifəli şəxslərdən heç kim peyvənd vurdurmayıb. Əlimizdə olan peyvənd dozasının sayı az olduğundan, ilk növbədə, yaşlı və risk qrupuna daxil olan digər insanlara vurulmalıdır”.
Azvision.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani koronavirusa qarşı mübarizə qərargahında keçirilən iclasda deyib.

Onun sözlərinə görə, İran indiyədək 3 milyon doza peyvənd alıb. Bunların da 2 milyonu əhaliyə vurulub.

"Yaxın günlərdə İran yenə peyvənd alıb ölkəyə gətirəcək. Bütün çətinliklərə baxmayaraq, İran koronavirusun 4-cü dalğasını arxada qoyub", - deyə Ruhani vurğulayıb.

Azvision.az

Teqlər: İran   Ruhani   Peyvənd