İsraildən növbəti zərbə: Qəzzada KİV-lərin yerləşdiyi bina uçdu

  15 May 2021    Oxunub :2349
  İsraildən növbəti zərbə:  Qəzzada KİV-lərin yerləşdiyi bina uçdu
İsrailin hava hücumu Qəzzada beynəlxalq medianın ofislərinin yerləşdiyi 15 mərtəbəli binanın çökməsinə səbəb olub.
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti" yerli mənbəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, hücumdan bir qədər əvvəl İsrail Qəzza zolağında yerləşən Əl-Cəzirə TV, "Associated Press" və digər beynəlxalq medianın ofislərinin yerləşdiyi binaya növbəti saatda hücum edəcəyi barədə xəbərdarlıq ünvanlayıb.

"İsrail Hərbi Hava Qüvvələri Qəzza şəhərində "Associated Press" və Əl-Cəzirə kimi bir sıra beynəlxalq medianın yerləşdiyi "Əl-Cala" çoxmərtəbəli binasını tamamilə məhv edib",- deyə məlumatda qeyd olunub.

Hələlik rəsmi qurumlar hadisə barədə açıqlama yaymayıb.

Azvision.az

Teqlər: İsrail   Qəzzada