Bill Qeyts Melindaya 3 milyard dollar təzminat ödəyib
Məlumata görə, Melindaya məxsus “Deere & Co” şirkətinə Bill Qeytsə aid “Cascade Investment” şirkətindən 3 milyard ABŞ dolları dəyərində aktivlər transfer edilib.
Qeyd edək ki, “Deere & Co” kənd təsərrüfatı texnikaları istehsal edir.
Dünyanın ən varlı adamlarından olan Bill Qeyts bu ilin may ayında həyat yoldaşı Melinda ilə boşandığını açıqlayıb: “Çox düşündükdən sonra evliliyimizə son vermək qərarını gəldik”.
Cütlük 27 il evli olub. Onların 3 övladı var.
Azvision.az
Teqlər: Bill-Qeyts