Çində daha bir vaksinin istifadəsinə razılıq verildi

  16 May 2021    Oxunub :1625
Çində daha bir vaksinin istifadəsinə razılıq verildi
Çinin dərmanların keyfiyyətinə nəzarət edən qurum COVID-19 virusu əleyhinə daha bir peyvəndin təcili istifadəsinə icazə verib.
Şencen şəhərindəki “Kangtai” şirkətinin hazırladığı inaktiv vaksinin hazırda 3-cü mərhələdə kliniki sınaqları aparılır. İndiyədək əldə edilən nəticələr peyvəndin təhlükəsiz və effektli olduğunu göstərir.

“Kangtai” şirkəti, bundan başqa, “AstraZeneca” şirkətinin Oksford Universiteti mütəxəssisləri ilə birgə hazırladıqları COVID-19 peyvəndinin Çində istehsalı üzrə eksklüziv hüquqlara malikdir.

Qeyd edək ki, bu, Çində təcili istifadəsinə icazə verilən 6-cı COVID-19 peyvəndidir. Bundan əvvəl Çinin "Sinopharm" şirkətinin 2, "Sinovac" və "CanSino" şirkətlərinin, habelə Çin Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunun bir peyvəndinin təcili istifadəsinə razılıq verilib.

Azvision.az

Teqlər: Çin   Vaksin