HƏMAS İsrailin şəhərlərini raket atəşinə tutdu

  16 May 2021    Oxunub :1607
HƏMAS İsrailin şəhərlərini raket atəşinə tutdu
Qəzza zolağına nəzarət edən HƏMAS hərakatının "İzzəddin Əl-Qəssam Briqadaları" döyüş qanadı İsrailin bir neçə şəhəri istiqamətində raket zərbələri endirib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstinin "Donia Al-Watan" radiostansiyası məlumat yayıb.

Bildirilib ki, raketlər İsrailin paytaxtı Tel-Əviv, Hader, Aşkelon və Sderot şəhərləri istiqamətində atılıb.

Azvision.az

Teqlər: HƏMAS   İsrail