Rusiyada koronavirusdan ölənlərin sayı artdı

Rusiyada koronavirusdan ölənlərin sayı artdı
  16 May 2021    Oxunub:2116
Rusiyada son sutka ərzində koronavirusa 8554 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 940 245 nəfərə çatıb.

Rusiyada son bir gündə 391 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 115 871 nəfərdir. İndiyədək 4 556 073 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti