İsrail “Həmas” komandirinin evini bombaladı

İsrail “Həmas” komandirinin evini bombaladı
  16 May 2021    Oxunub:3086
İsrailə məxsus qırıcı təyyarəsi “Həmas” hərəkatının “Cəbaliya” batalyon komandirinin evinə zərbə endirib.
Azvision.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Bir müddət əvvəl İsrail Müdafiə Ordusunun qırıcısı “Həmas”ın “Cəbaliya” batalyon komandirinin evinə zərbələr endirib. Ev terror infrastrukturu kimi fəaliyyət göstərirdi”, - məlumatda deyilir.

Xatırladaq ki, İsrail ilə Fələstin arasında vəziyyət 10 mayda kəskinləşib. Eskalasiyadan bəri Qəzza zolağından İsrail ərazisinə 2,9 min raket atılıb, onlardan 1150-si zərərsizləşdirilib. Son məlumata görə, İsraildə səkkiz mülki şəxs və bir əsgər öldürülüb. İsrail cavab olaraq Qəzza zolağına yüzlərlə zərbə endirib. Hava hücumları zamanı ölən fələstinlilərin sayı 174-ə çatıb, onların arasında 47 uşaq var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Həmas  





Xəbər lenti